Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Təhsil Nazirliyində kadr təyinatları aparılmışdır

 

Təhsil nazirinin müvafiq əmrinə əsasən 30 may tarixindən etibarən Ceyhun Bayramov Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin edilmişdir. Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.  Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini  hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış,  2000-2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə "OMNİ"  hüquq şirkətinin direktoru olmuşdur. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global", "IFLR1000" və "Legal500" tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilmişdir.

Təhsil nazirinin digər əmrinə əsasən İlham Pirməmmədov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir.

Təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi  və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir. 2000-2013- cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışmışdır. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov