Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Rusiya Dövlət Dumasının komitə sədri ADU-nun fəxri doktorudur

 

İyunun 4-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, AŞPA-da Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov ilə görüşmüşdür.

Qonağı salamlayan rektor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu bildirmişdir. O, Aleksey Puşkovun AŞPA-da Rusiya nümayəndə heyətinin rəhbəri olduğunu xatırladaraq beynəlxalq səviyyədə Rusiyanın hər zaman Azərbaycana dəstək olduğunu vurğulamış, Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlardakı əməkdaşlığından söz açmışdır. Universitetin fəaliyyətinə toxunan Səməd Seyidov bu ali təhsil ocağında 15-ə yaxın ölkənin dillərinin  tədris olunduğunu bildirmişdir. 

Sonra Səməd Seyidov Azərbaycan və Rusiya arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətinə görə Aleksey Puşkovu Elmi Şuranın qərarına əsasən ADU-nun Fəxri doktor diplomu ilə təltif etmiş və mantiyanı qonağa təqdim etmişdir.

Aleksey Puşkov Azərbaycana səfəri çərçivəsində ADU-da olmaqdan məmnunluq hissi keçirdiyini bildirmişdir. Səmimi qəbula görə minnətdarlığını bildirən Aleksey Puşkov Azərbaycan və Rusiya əlaqələrinin günü-gündən genişləndiyini və möhkəmləndiyini xüsusi qeyd edərək AŞPA-dakı beynəlxalq əməkdaşlığın əhəmiyyətindən söz açmışdır. Qonaq universitetdə müxtəlif ölkələrin dillərinin  tədrisini yüksək qiymətləndirmişdir.

Qeyd edək ki, görüşdə Azərbaycanda Rusiya icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin də iştirak etmişdir.

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov