Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Tələbələrin yaradıcılıq müsabiqəsinə yekun vurulmuşdur

 

Böyütmək üçün şəkili seçinLənkəran Dövlət Universitetində 28 May-Respublika Günü münasibətilə "Azərbaycan mənim doğma vətənimdir!" devizi altında tələbələrin yaradıcılıq müsabiqəsi keçirilmişdir. Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov tədbiri açaraq iştirakçıları bayram münasibətilə təbrik etmişdir. Rektor bildirmişdir ki, Lənkəran Dövlət Universiteti müstəqil Azərbaycanın yetirməsidir.

Universitet respublikanın qabaqcıl ali təhsil müəssisələrindən biri olmaqla öz fəaliyyətini ümummilli lider Heydər Əliyev siyasi kursuna və onun layiqli davamçısı cənab İlham Əliyevin xalqa arxalanan siyasətinə və həyata keçirdiyi nəhəng işlərə layiq qurmağa çalışır. Tələbələrin yaradıcılıq müsabiqəsindən danışarkən rektor qeyd etmişdir ki, müsabiqənin təşkilində məqsəd tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, onlarda vətənpərvərlik hisslərini gücləndirmək, gənclərin bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sahələri üzrə istedadlı gəncləri üzə çıxarmaqdır. Bildirilmişdir ki, müsabiqə iki turda təşkil olunmuşdur. Birinci tur fakültələrdə keçirilmişdir. Turun qalibləri yekun turda iştirak etmək hüququnu qazanmışlar.

Xalq çalğı alətləri, milli rəqs, tək ifaçılar (bədii qiraətçilər, musiqi alətində fərdi ifaçılar, solo oxuyanlar), idman, rəsm, əl işləri, bədii yaradıcılığın digər janrları sahəsində fərqlənənlər münsiflər heyəti tərəfindən müəyyənləşdirilmişdir.

Qalib adı uğrunda 500-dən çox tələbə mübarizə aparmışdır.

Qaliblər komissiya üzvlərinin rəyinə əsasən səsvermə nəticəsində müəyyənləşdirilmişdir. Təbiyyat, iqtisadiyyat və idarəetmə, humanitar və pedaqoji elmlər fakültələrinin tələbələri yaradıcılıq müsabiqəsində yüksək bilik və bacarıq nümayiş etdirmişlər.

Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, universitet valideynlər komitəsinin sədri Sərhad Məmmədov, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Adil Zeynalov, LDU-nun dil və ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri doktoru Yədulla Ağazadə və başqaları çıxış edərək qalibləri təbrik etmişlər.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışlar.  

Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti Mətbuat və informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov