Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Birincilər təbrikə qoşuldular

 

Bakının Badamdar qəsəbəsindəki 236 nömrəli tam orta  məktəbdə "son zəng" tədbiri musiqi sədaları altında onbirincilərin məktəbin bayramsayağı bəzədilmiş geniş həyətindəki meydançaya daxil olmaları ilə başlamışdır. Aparıcılar mərasim iştirakçılarını salamlamış, onbirinciləri məzun olmaları münasibəti ilə təbrik etmişlər. Şagirdlərin ifasında Dövlət himni səslənmişdir. Üzeyir Hacıbəylinin "Koroğlu" operasının "Uvertüra"sının sədaları altında əsgər paltarı geyinmiş iki şagird Dövlət bayrağını meydançaya  gətirmişdir.

Aparıcılar ölkəmizdə son illər təhsilin inkişafı yönündə görülən işlərdən, əldə olunan uğurlardan danışmış, ümummilli lider Heydər Əliyevin təhsilə, gənclərə göstərdiyi diqqət və qayğısından bəhs etmişlər. Qeyd olunmuşdur ki, həmin siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Dövlət başçısının yeritdiyi məqsədyönlü, qətiyyətli siyasət nəticəsində ölkəmiz dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır.

 Məktəbin direktoru Xanlar İmaməliyev  onbirinciləri və onların valideynlərini təbrik edərək məzunlara ən xoş arzularını bildirmişdir.  X.İmaməliyev başa çatmaqda olan dərs ilində məktəbin əldə etdiyi uğurlardan danışmışdır. Qeyd etmişdir ki, məktəb-liseydə təhsil alan 1750 şagirddən 158-i bu gün məzun olur. 182 nəfər birinci sinif şagirdi onbirinciləri yola salır. Direktor dərs ili boyu qazandığı uğurları və təlim-tərbiyə sahəsində yüksək göstəriciləri ilə fərqlənmiş şagird və müəllimlərə  diplomlar təqdim etmişdir. 

Sonra onbirincilər hazırladıqları maraqlı proqramı təqdim etmişlər.  Birinci sinif şagirdləri  onbirinciləri şeirlər və mahnılarla  təbrik etmişlər.

Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  nümayəndələri və digər qonaqlar məzunlara və onların valideynlərinə təbriklərini çatdırmışlar.

Mərasimin ən kövrək və həyəcanlı anı olan "son zəng" çalındıqdan sonra məzunlar məktəbin  simvolik açarını təntənəli şəkildə onunculara təqdim etmişlər.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov