Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Otuz il əvvəlki məzunlar da buraxılış mərasimində iştirak etmişlər

 

Mayın 31-də Lerik rayon Rvarud kəndində "son zəng" və "məzun günü" keçirilmişdir. "Məzun günü" bir əlamətdarlığı ilə də seçilmişdir. Belə ki, 30 il öncə -1983-cü ildə bu orta məktəbi başa vurmuş və indi istehsalatın müxtəlif sahələrində özlərini doğrultmuş insanlar tədris ocağına təşrif gətirmişdilər. Onları və digər qonaqları şəhid Səxavət Hacıyev adına tam orta məktəbin direktoru, "Tərəqqi" medallı Zöhrab Salayev salamlamışdır.

Qocaman müəllimlərdən Barat Abbasov, Ağabəy Vəliyev, Şəkər Həsənov, Ağababa Babayev həm XI-ləri, həm də 30 il əvvəlki məzunları təbrik etmişlər. Müəllimlərdən Gülab Abbasov, İlham Dədəcanov, Feyruz Abdullayev ürək sözlərini söyləmişlər.

30 il əvvəlki məzunlar onbirincilərə və birincilərə hədiyyələr bağışlamışlar. Onların adından çıxış edən M.Allahverdiyev demişdir:

- Sevincimin həddi-hüdudu yoxdur. Bu gün 30 il əvvələ qayıtmışam, uşaq olmuşam. Mənə oturduğum köhnə  partanı göstərdilər. Bərk kövrəldim. Bu nostalji hissləri təkcə mən yox, Əlövsət də, Bəxtiyar da, İlqar da, digər keçmiş sinif yoldaşlarım da keçirirlər. Bir daha bütün bunlar üçün müəllimlərimə "sağ olun" deyirəm. Onların etimadını doğrultduğum üçün xoşbəxtəm.

Sonda tanınmış şair Ağacəfər Həsənli məzunları təbrik etmiş, iştirakçılar qarşısında yeni şeirlərini söyləmişdir. 

Bəxtiyar HÜSEYNOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov