Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Şəkidə yeni məktəb binaları istifadəyə verilmişdir

 

Milli Qurtuluş Günü ərəfəsində Şəki rayonunun Əlyar və Aşağı Layısqı kəndlərinin sakinləri dəyərli bayram hədiyyəsi almışlar. İyunun 12-də bu kəndlərdə dövlət vəsaiti hesabına inşa edilmiş 80 və 360 şagird yerlik yeni məktəb binalarının açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, müəllim və şagirdlərin, kənd sakinlərinin iştirakı ilə keçirilən açılış mərasimlərində ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışılmış, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanmışdır. Bildirilmişdir ki, təkcə son bir ildə Şəkidə dövlət vəsaiti və digər maliyyə mənbələri hesabına 8 yeni məktəb binası tikilib istifadəyə verilmiş, bir neçə məktəb binası əsaslı təmir edilmişdir.

Mərasimlərdə çıxış edən kənd sakinləri, ziyalılar müasir tariximizin ən şanlı səhifələrindən olan 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində belə dəyərli hədiyyəyə, habelə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Rəmzi qırmızı lent kəsildikdən sonra yeni məktəb binalarına baxış keçirilmişdir. Məlumat verilmişdir ki, Şəki şəhərindən 35 kilometr aralıda yerləşən Əlyar kəndindəki 80 şagird yerlik yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmışdır. Aşağı Layısqı kəndindəki 360 şagird yerlik ikimərtəbəli yeni məktəb binasında 18 sinif otağı, laboratoriya və fənn kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları var. Hər iki məktəb binasında müasir istilik sistemi quraşdırılmış, binalar yeni inventar və avadanlıqla təchiz olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov