Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Azərbaycan Müəllimlər İnstitutunda "dəyirmi masa"

 

İyunun 12-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Dövlət himni səsləndirildikdən sonra institutun rektoru, Milli Məclisin deputatı, professor A.Naxçıvanlı çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş və 15 iyun tarixinin hər il respublikamızda təntənəli şəkildə qeyd olunduğunu vurğulamışdır. Bildirilmişdir ki, ölkəsi üçün əhəmiyyətli məsələlərin həllində əvəzsiz xidmətlər göstərmiş tarixi şəxsiyyət - ümummilli lider Heydər Əliyev bütün həyatı boyu gördüyü böyük işləri və əməlləri hesabına xalqın məhəbbətini qazanmış və yaddaşlara əbədi həkk olunmuşdur.

Qeyd edilmişdir ki, məhz 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının milli inkişafının, bütövlüyünün qorunmasının, etibarlı sabahının təməl prinsiplərini formalaşdırdı. Ulu öndər Heydər Əliyev dövlətimizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi daxili və xarici siyasəti ilə ölkəmizin nüfuzunu artırmış, hərtərəfli inkişafa nail olmuşdur. Hazırda dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət xalqımızın rifahının yüksəlməsinə, dövlətimizin dünyada daha böyük nüfuz qazanmasına imkan verir.

Tədbirdə çıxış edən ibtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri, YAP-ın AMİ təşkilatının sədri, professor Mircəfər Həsənov vurğulamışdır ki,  15 iyun tarixi Azərbaycan xalqının, dövlətinin, iqtisadiyyatının, Azərbaycan gənclərinin gələcəyinin qurtuluş günüdür. Azərbaycan ulu öndərin sayəsində çox qüdrətli bir ölkəyə çevrilib, xalqın milli mənəvi dəyərləri qorunub, Azərbaycan dili dövlət dili elan edilib, yeni konstitusiya yaradılıb.

Daha sonra filologiya və təhsildə psixoloji xidmət fakültəsinin I kurs tələbəsi Əli Nadirli "Heydər Əliyev mənim üçün kimdir?", I kurs tələbəsi Əfsanə Məsimli "Mən fəxr edirəm ki, azərbaycanlıyam", III kurs tələbəsi Elnarə İsazadə "Heydər Əliyev və Azərbaycanda idman siyasəti" mövzularında məruzə ilə çıxış etmişlər. Pedaqoji fakültənin II kurs tələbəsi Xanım Babayeva Zəlimxan Yaqubun "Ata Heydər - Atatürk" şeirini səsləndirmişdir. Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur. 

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov