Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

İngilis dili müəllimləri üçün yay məktəbi

 

İyunun 10-da Bakıda, "Crescent Beach" otelində "British Council"in "CISELT Yay Məktəbi" layihəsi çərçivəsində ingilis dili müəllimləri üçün 7 günlük təlimlər başlamışdır.

Təlimlər müsahibə əsasında seçilmiş Bakı şəhəri və bir sıra rayonların ümumi təhsil məktəblərində və universitetlərdə çalışan 20 nəfər ingilis dili müəlliminin iştirakı ilə keçirilir.

Təlimin məqsədi müəllimlərə ingilis dilinin tədrisində yeni texnologiyaların, üsul və metodikaların tətbiqi metodologiyasının öyrədilməsidir. Müəllimlərin təlimlərdə əldə etdikləri bilik və bacarıqların fəaliyyət göstərdikləri təhsil müəssisələrində digər müəllimlərə ötürülməsi və davamlı əlaqələrin yaradılması nəzərdə tutulmuşdur.

Təlim Britaniya təlimçisi Leo Selivan və "British Council"in yerli təlimçisi Elmira İlizarova tərəfindən birgə keçirilir.   Təlimlər iyunun 16-da başa çatacaq. Təlimin sonunda iştirakçılara "British Council"in Azərbaycan üzrə direktoru Elizabet Vayt tərəfindən sertifikat təqdim ediləcək.

"British Council" Azərbaycanda ingilis dili müəllimlərinin bacarıq və biliklərini inkişaf etdirir və ümumilikdə bütün dünyada insanlar üçün müxtəlif imkanlar yaradır.

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov