Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

"Ağıllı lövhə" proqramı üzrə kursdan keçən müəllimlərə sertifikatlar verilmişdir

 

Naxçıvan Müəllimlər İnstitutunda mayın 11-də "Ağıllı lövhə" proqramı üzrə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində işləyən bir qrup müəllim üçün 60 saatlıq əyani-qiyabi kurs təşkil edilmişdir. Kurs iyunun 12-də başa çatmışdır.

Elektron lövhənin geniş imkanlarından istifadənin təcrübi şəkildə öyrədilməsi məqsəd kimi qarşıya qoyulmuş və buna nail olunmuşdur. Müəllimlər tərəfindən maraqla dinlənilən kurs məşğələlərində siniflərarası onlayn şəbəkə bağlantıları da uğurla həyata keçirilmişdir.

Nəzəriyyədən-təcrübəyə prinsipi əsasında həyata keçirilən kursda müəllimlər lövhədə sərbəst işləmək bacarığı əldə etmişlər.

Məşğələnin sonunda kursu bitirən müəllimlərə sertifikat və "Ağıllı lövhə"  proqramının elektron SD-ləri təqdim olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Rəşad Əlizadə təqdimat mərasimində iştirak etmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli kursu bitirmiş müəllimlərə uğurlar arzulamışdır. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov