Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Ali təhsil müəssisələrində ixtisarlar gözlənilir

 

Rusiyanın Təhsil və Elm Nazirliyi ali məktəb müəllimlərinin əməkhaqqının yüksəldilməsi üçün ayrılmış vəsaitin daha səmərəli bölüşdürülməsi məqsədi ilə sentyabrın 1-dən ali təhsil müəssisələrinin kadr strukturunda ciddi dəyişikliklər həyata keçirəcəkdir. Bu barədə qurumun rəhbəri Dimitri Livanov prezidentin fərmanının reallaşdırılmasına həsr olunmuş müşavirədə məlumat vermişdir. Nazirin sözlərinə görə, ötən il Rusiya Federasiyasının 75 subyektində ali təhsil müəssisələri işçilərinin orta əməkhaqqı region üzrə orta əməkhaqqına çatdırılmışdır.

2013-2015-ci illərdə ali məktəb müəllimlərinin əməkhaqqının artırılmasına müvafiq olaraq 24, 38 və 62 milyard rubl əlavə vəsait nəzərdə tutulmuşdur. Bu vəsaitdən səmərəli istifadə, Təhsil və Elm Nazirliyi rəhbərinin fikrincə, ancaq struktur dəyişikliklərinin aparılması ilə mümkündür.

"Hazırda ali təhsil müəssisələrində müəllimlərin faktiki sayı müvafiq normativdən 30 faiz yüksəkdir, - deyə Dmitri Livanov qeyd etmişdir. - Bu şəraitdə bütün əməkhaqlarını artırmaqla biz sadəcə olaraq ştatların şişirdilməsini stimullaşdıracağıq. Yeni dərs ilinin başlanmasına qalan aylar ərzində ali təhsil müəssisələrinin kadr sistemində kifayət qədər ciddi dəyişikliklər həyata keçirilməlidir.

Biz bunu edəcəyik və artıq 2013-cü il sentyabrın 1-dən bütün dövlət ali məktəbləri ciddi artırılmış yeni əməkhaqqı sisteminə keçəcəklər".

"Uçitelskaya qazeta"dan hazırladı: Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov