Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Analara harada yaxşıdır

 

Bütün dünya üzrə uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq "Save the  children" təşkilatı analıq üçün daha yaxşı olan ölkələrin illik reytinqini dərc etmişdir. Rusiya reytinq siyahısında Qətərlə Türkiyə arasında 59-cu yeri tutur.

Reytinqdə ümumilikdə 176 ölkə iştirak etmişdir. Ekspertlər 5 əsas göstəricini öyrənmişlər: ana ölümünün səviyyəsi, uşaq ölümünün səviyyəsi, məktəbdə təhsilin orta davametmə müddəti,  qadınların gəlirlərinin səviyyəsi, hökumətdə qadın və kişilərin faiz nisbəti.

Birinci yeri Finlandiya, sonuncu yeri isə Konqo Demokratik Respublikası tutmuşdur. İlk onluqda İsveç, Norveç, İspaniya, Niderland, Danimarka, İspaniya, Belçika, Almaniya və Avstraliya yer almışdır. Ötən illə müqayisədə öz mövqeyini 20 pillə yüksəldən İsrail 30-cu yeri tutan ABŞ-ı ötərək 25-ci yerdə qərar tutmuşdur. 

"Uçitelskaya qazeta"dan hazırladı: Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov