Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

"Doğma Qarabağım" adlı gənclərin yaradıcılıq festivalı keçiriləcək

 

Bu yaxınlarda "Doğma Qarabağım" adlı gənclərin yaradıcılıq festivalının keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində növbəti layihəsi olan bu festival qaçqın məktəblərində oxuyan yeniyetmə və gənclərin Qarabağla bağlı çəkdikləri rəsmlərin, hazırladıqları əl işlərinin ölkə ictimaiyyətinin, eyni zamanda respublikamızda fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların diqqətinə çatdırılması işini həyata keçirəcəkdir. Layihənin əsas məqsədi doğma torpaqlarından didərgin düşmüş yaradıcı, istedadlı gənclərin üzə çıxarılması, onlara öz yaradıcılıq imkanlarını genişləndirmək üçün dəstək göstərilməsi və bu gənclərin yaradıcılıq nümunələri vasitəsilə Qarabağ həqiqətlərinin tanıdılmasıdır.

Festivala hazırlıq məqsədilə Bakı şəhərində, şəhərətrafı kəndlərdə, eləcə də ölkəmizin regionlarında yaşayan belə gənclərin müəyyən olunması, onların yaradıcılıq nümunələrinin toplanması, şeir və hekayələrinin çap edilməsi və digər işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

S.KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov