İyunun 6-da Bakının Səbail rayonundakı 132-134 nömrəli
Təhsil Kompleksində yeni dərs ilindən italyan dilinin
tədrisinə başlanılması münasibəti ilə tədbir
keçirilmişdir.
Azərbaycanın və İtaliyanın Dövlət himnləri
səsləndirildikdən sonra direktor, əməkdar müəllim Sara
Xanlarova tədbiri giriş sözü ilə açaraq rəhbərlik etdiyi
təhsil kompleksinin fəaliyyətindən, beynəlxalq
əlaqələrindən, burada müxtəlif dillərin tədris
olunmasından ətraflı danışmışdır. Qeyd olunmuşdur ki,
ilk beynəlxalq status almış dövlət məktəbi kimi bu
təhsil müəssisəsi şagirdlərə bir neçə xarici dilin
öyrədilməsini qarşısına məqsəd qoymuşdur. Belə ki,
burada məktəblilərə rus, fransız, ərəb və ingilis
dilləri mükəmməl şəkildə öyrədilir. Direktor yeni dərs
ilindən təhsil müəssisəsinin nəzdindəki "Ana məktəb"də
italyan dilinin tədris olunmasının nəzərdə tutulduğunu
deyərək bundan məmnunluq hissi keçirdiyini bildirmişdir.
Tədbirdə İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti
Paola Kazaqrande çıxış edərək yeni dərs ilindən 132-134
nömrəli Təhsil Kompleksinin nəzdindəki "Ana məktəb"də
italyan dilinin tədris olunacağını söyləmişdir.
Sonra tədbir bədii hissə ilə davam etmişdir. "Ana
məktəb"in balacalarının ifasında təqdim edilmiş rəqslər,
italyan və digər xarici dillərdə söylənilən şeirlər,
mahnılar tədbir iştirakçıları tərəfindən maraqla
qarşılanmışdır.
Tədbirdə İtaliyanın ölkəmizdəki səfirliyinin əməkdaşları
iştirak etmişlər.
Samirə KƏRİMOVA |