Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş
"Stasionar şəraitdə təhsilin təşkili Qaydaları"nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

 

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  

QƏRARA ALIR: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 88 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 325) ilə təsdiq edilmiş "Stasionar şəraitdə təhsilin təşkili Qaydaları"nın 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

"Stasionar tibb müəssisəsində pedaqoji fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılırlar. Bu zaman onların əməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nə uyğun olaraq ümumi təhsil müəssisəsinə ayrılmış vəsait hesabına ödənilir".

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu qərarın icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsini Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsində nəzərdə tutulmuş vəsait hesabına təmin etsin. 

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri 
Bakı şəhəri, 10 iyun 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov