Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Praqada "Azərbaycan günü"

 

Azərbaycan Tələbə Şəbəkəsi (ASN) Praqada yerləşən CERGE-Eİ İnstitutunda bu ali təhsil ocağının professor, müəllim heyəti və tələbələri üçün "Azərbaycan günü" adlı tədbir keçirmişdir.

CERGE-Eİ İnstitutunun azərbaycanlı tələbəsi Ruslan Alıyev tədbir iştirakçılarına Azərbaycan haqqında ətraflı məlumat vermişdir.

ASN-nin nümayəndəsi Sabir Məmmədov təmsil etdiyi təşkilatın fəaliyyətindən danışmış, institutun tələbə, magistr və doktorantlarını ASN çərçivəsində əməkdaşlığa dəvət etmişdir.

Mərasim iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadi inkişafından bəhs edən foto, audio, video materiallar paylanmış, Elmar İmanovun müəllifi olduğu və tələbə mükafatı almış "The Swing of the Coffin Maker" filmi nümayiş etdirilmişdir.

Caz musiqisinin müşayiəti ilə davam edən tədbirin iştirakçılarına Azərbaycanın milli yeməkləri, şirniyyatlar təqdim olunmuşdur. 

AzərTAc 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov