Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Bakıda Birinci Fransız-Azərbaycan Universitetlərarası Forumu keçirilmişdir

 

Böyütmək üçün şəkili seçinİyunun 14-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Birinci Fransız-Azərbaycan Universitetlərarası Forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, Forumda Azərbaycanın və Fransanın ali təhsil sistemlərində prioritet istiqamətlər, iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilmişdir.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirmişdir ki, Forumun məqsədi Fransanın ali təhsil ocaqları haqqında daha dolğun məlumat əldə etməkdir.

Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışmışdır.

Tədbirin əhəmiyyətindən danışan ADA-nın rektoru həm Fransa, həm də Azərbaycan tələbələrinin bu Forumdan yararlanacağına ümidvar olduğunu bildirmişdir.

Tədbirdə çıxış edən Təhsil Nazirliyi Aparatının rəhbəri Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrdən, xaricdə təhsilin əhəmiyyətindən, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət qayğısından və bu sahədə görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, təhsil sahəsinin inkişaf etdirilməsi ölkə rəhbərliyi üçün prioritet istiqamətlərdəndir. Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sektorunda da mühüm layihələr həyata keçirilir və uzunmüddətli dövlət proqramları hazırlanır.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilir. İstedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasını nəzərdə tutan proqram çərçivəsində bugünədək çoxlu sayda azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilmişdir. Ümumilikdə, təhsil sahəsində həyata keçirilən tədbirlər iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, güclü kadr potensialının formalaşmasında da mühüm rol oynayır. Proqram çərçivəsində 1825 tələbə dünyanın müxtəlif universitetlərində təhsil almaq hüququ qazanmışdır.

Forum çərçivəsində Fransanın aparıcı universitetləri barədə təqdimatlar keçirilmiş, eləcə də ölkəmizin tələbələrinə Fransada təhsil almaq imkanları, Azərbaycan və Fransa hökumətləri tərəfindən təsis edilən müxtəlif təqaüdlər barədə ətraflı məlumat verilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov