Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

 Hollandiyanın Yeni Avropa Universitetinin rektoru BSU-da  olmuşdur

 

İyunun 18-də   Hollandiyanın Yeni Avropa Universitetinin rektoru, professor E.Didyen Bakı Slavyan Universitetinin qonağı olmuşdur.  Qonaq universitetlə  tanışlıq çərçivəsində muzey, müasir standartlara uyğun yenidən qurulmuş kitabxanada olmuş, xarici ölkələrin BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərini gəzmiş və "Kölgə Kabineti"nin üzvləri ilə görüşmüşdür.  Professor-müəllim heyəti ilə görüşdə  BSU-nun rektoru, AMEA- nın müxbir üzvü, professor Kamal Abdullayev çıxış edərək qonağı  rəhbərlik etdiyi ali məktəbdə qarşılamaqdan şad olduğunu bildirirək qeyd etmişdir: "Mən artıq dostlaşdığım cənab E.Didyenə öz təşəkkürümü bildirirəm. Ümid edirəm ki, tələbələrimiz, müəllimlərimiz, alimlərimiz arasında əməkdaşlıq ancaq sözdə deyil, real həyatda da özünü göstərəcəkdir. Əminəm ki, imzalayacağımız bu əməkdaşlıq müqaviləsi hər iki tərəf  üçün son dərəcə uğurlu olacaq və bundan bizim tələbələrimiz də, müəllimlərimiz də yetərincə faydalanacaqdır".

Yeni Avropa Universitetinin rektoru, professor E.Didyen dəvətə görə K.Abdullayevə təşəkkür etmişdir. Rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verən rektor arzu edən gəncləri Hollandiyada təhsil almağa dəvət etmişdir. BSU-nun təhsil səviyyəsini yüksək qiymətləndirən qonaq burada fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərinin  işindən də olduqca razı qaldığını vurğulamışdır. "Sizin çox dərin mədəniyyətiniz var" deyən professor E.Didyen  Yeni Avropa Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı danışıqlar aparmağa hazır olduğunu da bildirmişdir.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Bu müqaviləyə əsasən iki universitet arasında tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil olunması,  elmi-metodik vəsaitlərin hazırlanması  barədə razılaşma əldə edilmişdir.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov