Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Azərbaycan Müəllimlər İnstitutunda "dəyirmi masa"

 

İyunun 17-də Azərbaycan Müəllimlər İnstitutunda "18 iyun - Azərbaycanda insan hüquqları günü"nə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı bildirmişdir ki, ölkəmizdə insan hüquqlarının qorunması sahəsinə çox ciddi diqqət və qayğı ilə yanaşılır. Azərbaycanda bununla bağlı bir sıra islahatlar aparılmış, dövlət qurumları yaradılmışdır.

Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər və insan hüquqlarının müdafiəsi üzrə apardığı hüquqi islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası dövlətimizin gələcək inkişaf prioritetlərini müəyyənləşdirmiş, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Rektor A.Naxçıvanlı vurğulamışdır ki, dövlət başçısının 17 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun tarixinin Azərbaycanda "İnsan hüquqları günü" elan edilməsi bu sahədə görülmüş işlərin davamı kimi qiymətləndirilə bilər. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə cari ildə də 18 may - 18 iyun tarixləri "İnsan hüquqları aylığı" kimi qeyd edilir. Bu münasibətlə bütün  müəssisələrdə insan hüquqlarını təbliğ edən mövzularda tədbirlərin keçirilməsi, o cümlədən bu "dəyirmi masa" da mühüm əhəmiyyət daşıyır. 

Tədbirdə institutun ictimai fənlər kafedrasının müdiri, professor Qafar Cəbiyev, həmin kafedranın dosenti Telman Haqverdiyev və dosent əvəzi Namiq Əliyev geniş məruzə ilə çıxış etmişlər. Çıxış edənlər ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində aparılan işlərdən, xüsusilə də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatını yaratmasının,  insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş mühüm sənədlərin əhəmiyyətindən danışmışlar.

Sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin keçirdiyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş hüquq olimpiadasında fərqləndiyinə görə fəxri fərmana layiq görülmüş təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə III kurs tələbəsi Günay Bayramova da mövzu ilə bağlı çıxış etmişdir.  

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov