Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Uşaqlar üçün yay düşərgəsi təşkil olunmuşdur

 

"Nur" Uşaq və Gənclərin İçtimai Birliyi "Pozitiv" yeniyetmələrə psixoloji dəstək layihəsi çərçivəsində uşaqlar üçün yay düşərgəsi təşkil etmişdir. Şüvəlan qəsəbəsindəki  "Cırtdan" Uşaq Sağlamlıq və İstirahət Mərkəzində təşkil edilən düşərgə müddətində psixoloq və  fasilitatorlar tərəfindən uşaqların pozitiv düşünməsinə yardım edən mövzular ətrafında interaktiv təlimlər, müxtəlif qrup oyunları, idman yarışları keçirilmişdir. Yay düşərgəsində YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard uşaqlarla  görüş keçirmiş, yeniyetmələri maraqlandıran  mövzular ətrafında müzakirələr aparmış və onların suallarını cavablandırmışdır.

Düşərgədə Mərdəkan Qalası, Mərdəkan Dendrarisi və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə  ekskursiyası təşkil olunmuşdur. Sonda isə iştirakçılara diplomlar verilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov