Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Ali məktəblərin effektivliyi yoxlanılacaq

 

Rusiya Təhsil və Elm Nazirliyində qurumun tabeçiliyində olan ali məktəb rektorları ilə müşavirə  keçirilmişdir.  Müşavirənin gündəliyində müəllimlərin əməkhaqları, qəbul sayı, eləcə də ali məktəblərin keyfiyyətinin monitorinqi  kimi məsələlər olmuşdur. Yaxın həftələr ərzində ali məktəblərin rektorları  əməkdaşlarının tarif  və ştat cədvəllərini təqdim etməlidirlər.

Təhsil və elm naziri Dmitri Livanov qeyd etmişdir ki, bu il ali məktəblərə tələbə qəbulu planında hər hansı dəyişiklik gözlənilmir. Buna baxmayaraq, ali məktəblərin rəhbərlikləri  büdcə yerlərinə qəbulun gedişinə görə məsuliyyət daşıyırlar. Nazir qeyd etmişdir ki, yerlərin bölüşdürülməsi şəffaf, ədalətli və açıq olmalıdır. Şəffaflığı təmin etmək üçün bu il avtomatlaşdırılmış sistem tətbiq olunacaq. Qəbul kampaniyası gedişində əldə olunan bütün məlumatlar bu sistemdə əksini tapacaq.

Ali məktəblərin keyfiyyəti məsələlərinin  müzakirəsinə gəlincə, iclasda qeyd olunmuşdur ki, əməkhaqları və təhsilin keyfiyyətinə görə bütün məsuliyyət rektorların üzərinə düşür. Nazir qeyd etmişdir ki, sentyabr ayından başlayaraq  müəllimlərin əməkhaqlarının baza hissəsi  artırılacaq. Onun sözlərinə görə, ölkənin təhsil sistemində tələbə çatışmazlığı  özünü göstərəcək. 2017-ci ildə tələbələrin sayı indikindən 27 faiz az olacaq. Buna görə də ali məktəblərin keyfiyyəti məsələsi aktuallıq  kəsb edir.

İclasda bildirilmişdir ki, avqustun 15-də ali məktəblərin keyfiyyətinin monitorinqinə başlanılacaq. Monitorinqdə nazirlik tabeçiliyində olan ali məktəblərin və onların filiallarında təhsilin gedişi, keyfiyyət göstəriciləri,  elmi tədqiqatların səviyyəsi, məqalələrin yazılması, xarici tələbələrlə əhatə olunması kimi məsələlər diqqətdə saxlanılacaq. 

"Uçitelskaya qazeta"dan

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov