Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Tələbələrlə görüş

 

İyunun 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində şair Oqtay Rzanın tələbələrlə görüşü  keçirilmişdir.

Ziyalıların, şair və yazıçıların iştirak etdikləri bu görüşdə ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Prezident təqaüdçüsü, şair İlyas Tapdıq, universitetin Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müdiri, əməkdar müəllim, professor Zahid Xəlil və başqaları şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına verdiyi töhfələrdən danışmışlar.

Çıxış edənlər bildirmişlər ki, Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan ADPU-nun dosenti O.Rza həyatında çox çətin günlər yaşamasına baxmayaraq, yaradıcılığını daim inkişaf etdirmişdir. Son illərdə  yazdığı rübailər şairin poeziyasının zənginliyindən xəbər verir. Həmin rübailərdə elmi, əxlaqi, mədəniyyət, ədəbiyyat məsələləri, eləcə də Azərbaycanın inkişafı ilə bağlı çox dəyərli fikirlər öz əksini tapmışdır.

Görüşdə şairin şeirlərindən parçalar səsləndirilmiş, sözlərinə bəstələnmiş mahnılar ifa olunmuşdur.

Sonda Oqtay Rza görüşün təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirmiş   və sualları cavablandırmışdır.

Tədbir diskussiya şəklində başa  çatmışdır.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov