Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Beyləqanda şahmat məktəbi istifadəyə veriləcəkdir

 

Beyləqan Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayon mərkəzində  inşa olunan şahmat məktəbində  artıq son tamamlama işləri başa çatmaq üzrədir. Məktəbin ümumi tikinti sahəsi 520, ərazisi isə  1600 kvadratmetrdir. İkimərtəbəli məktəb binası 3 sinif, müəllimlər otağından, xidməti otaqlardan, konfrans və yarış zallarından ibarətdir. Məktəbin lazımi avadanlıqlarla və sürətli İnternetlə təmin edilməsi nəzərdə tutulmuşdur. Artıq məktəbin həyətində abadlıq işləri aparılır, ağac və gül kolları əkilir. Yaxın günlərdə binanın istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov