Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Rus dili və ədəbiyyatı olimpiadasının qaliblərinə mükafatlar təqdim edilmişdir

 

İyunun 21-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında rus dili və ədəbiyyatı üzrə respublika olimpiadasına təntənəli şəkildə yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyi, "Rossotrudniçestvo" agentliyinin Bakı nümayəndəliyi, Azərbaycanın Rus İcması və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən keçirilmiş olimpiadada rus və Azərbaycan dillərində təhsil alan 6-11-ci sinif şagirdləri iştirak etmişlər.

Bu il ətraf mühitin mühafizəsi ilinə həsr olunmuş olimpiada "Birlikdə rus dilində danışırıq" devizi altında keçirilmişdir.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin olimpiadada mükafata layiq yer tutmuş şagirdləri təbrik edərək bildirmişdir ki, Azərbaycanda rus dilini öyrənməklə bağlı problemlər yoxdur. Burada tədbir keçirmək asandır, çünki heç kəsi dilə tutmağa ehtiyac yoxdur. Burada rus dilinə maraq azalmır və bu da düzgündür, çünki dünya elminin və biliklərinin açarlarından biri rus dilidir. Səfir bütün rus dili müəllimlərinə minnətdarlığını bildirmişdir.

Səfir Vladimir Doroxin, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Rus İcmasının başçısı Mixail Zabelin olimpiadada birinci üç yeri tutmuş iştirakçılara fəxri fərman və xatirə hədiyyələri təqdim etmişlər.

Olimpiadada ilk yerləri tutanlar Rusiyaya ekskursiya-tanışlıq səfərində iştirak etmək imkanı qazanmışlar.

Şagirdləri olimpiadada fərqlənmiş müəllimlərə də fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur. "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov onları təbrik edərək demişdir ki, "Rossotrudniçestvo" Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycanda Rus Dili və Ədəbiyyatı Qalereyasının təsis edilməsi barədə qərar qəbul etmişdir. Qalereyada respublikanın ən yaxşı rus dili müəllimlərinin portretləri nümayiş etdiriləcək, habelə onların adları Şərəf kitablarına yazılacaqdır.

Tədbir çərçivəsində maraqlı konsert proqramı olmuşdur. Konsertdə məktəblilər, eləcə də peşəkar artistlər musiqi və rəqs nömrələri ilə çıxış etmişlər.

Mərasimdə xarici ölkələrin Bakıda akkreditə olunmuş diplomatik missiyalarının, Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, ictimai və mədəniyyət xadimləri iştirak etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov