Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

 Azərbaycan Dövlət İqtisad Universitetində "karyera günü" keçirilmişdir

 

İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Karyera Mərkəzində "Uğurlu karyeranı qur!" devizi altında "karyera günü" keçirilmişdir.

ADİU-dan AzərTAc-a bildirmişlər ki, tədbir ADİU, Gənclər və İdman Nazirliyi və VitalCV MMC-nin dəstəyi ilə təşkil edilmişdir.

Tədbirin əsas məqsədi tələbə və magistrləri universitetdə keçirilən karyera layihələri ilə tanış etmək, eləcə də karyera inkişafı ilə əlaqədar mütəxəssislər tərəfindən iştirakçılara məsləhətlərin verilməsidir.

Tədbirdə CV-lərin tərtib edilməsi üzrə fərdi məsləhətlərin verilməsi, "Uğurlu müsahibədən keçmə" üzrə təlimlərin aparılması və Karyera Mərkəzinin resursları ilə tanışlıq olmuşdur.

"Karyera günü"ndə ADİU-nun tələbələri ilə yanaşı, Azərbaycan Texniki, Azərbaycan Dillər və Qərb universitetlərinin, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Turizm İnstitutunun tələbələri də iştirak etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov