Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Azərbaycan Müəllimlər İnstitutunda məzun günü qeyd edilmişdir

 

İyunun 27-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) məzun gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.  AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları institutun Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ulu öndərin büstü önünə əklil qoymuşlar.

AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı məzunları təbrik etmiş, ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi təhsil ocağının qazandığı uğurlardan danışmışdır. Rektor ümummilli lider Heydər Əliyevin ideyalarının, ulu öndərin gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

A.Naxçıvanlı cari ildə Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarında ümumilikdə 1.820 bakalavr və baza institutunda 58 magistrin təhsilini başa vurduğunu bildirmişdir.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev məzunları təbrik etmiş, çətin və şərəfli müəllim peşəsinə yiyələnmiş gənclərin gələcək nəslin tərbiyəsində mühüm rolundan danışmışlar. AMİ-nin bu gün müstəqil Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsi, milli dövlətçilik ideologiyasının təbliği sahəsində uğurlu fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında mühüm yerlərdən birini tutduğu vurğulanmışdır.

Məzunlar müasir standartlara cavab verən ali təhsil ocağında yaradılmış şəraitə görə universitetin rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, doğma institutun adını həmişə uca tutacaqlarına söz vermişlər.

Sonra təhsildə fərqlənmiş və institutun ictimai işlərində fəallıq göstərmiş məzunlara fəxri fərmanlar təqdim olunmuşdur.

Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov