Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Argentinanın Plata Universitetində Azərbaycan tədqiqatlar kafedrası fəaliyyət göstərir

 

İyunun 21-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Argentinanın Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun tərkibində Avrasiya proqramının və Plata Universitetində Azərbaycan tədqiqatlar kafedrasının rəhbəri Paulo Bottanı qəbul etmişdir. Qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu bildirmişdir. ADU haqqında qonağa məlumat verən rektor Səməd Seyidov universitetdə dillərin tədrisi ilə yanaşı, bir sıra digər humanitar istiqamətdə kadrların hazırlandığını qeyd etmişdir. Bu baxımdan ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin mövcudluğunu diqqətə çatdırmışdır. İspan dilinin ADU-da uzun illərdən bəri uğurla tədris olunduğunu deyən professor Səməd Seyidov  universitetdə İspan dili Mərkəzinin fəaliyyət göstərdiyini demişdir. ADU tələbələrinin ispan dilinə böyük maraq göstərdiklərini vurğulayan rektor Səməd Seyidov Argentinanın ölkəmizdəki səfirliyinin böyük işlər gördüyünü qonağın diqqətinə çatdırmışdır. O, qarşılıqlı əlaqələrin, gələcək əməkdaşlıq perspektivlərinin hər iki tərəf üçün faydalı olacağına ümidini ifadə etmişdir.

Argentinanın Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun tərkibində Avrasiya proqramının və Plata Universitetində Azərbaycan tədqiqatlar kafedrasının rəhbəri Paulo Botta səmimi qəbula görə təşəkkür etmişdir. Təmsil etdiyi ali təhsil  müəssisəsi haqda məlumat verən P.Botta universitetin beynəlxalq əlaqələrindən söz açmışdır. Qonaq bildirmişdir ki, Plata Universitetindəki Azərbaycan tədqiqatlar kafedrasında 10 nəfər tələbə təhsil alır. O, ADU ilə əməkdaşlıqda, qarşılıqlı əlaqələrin qurulmasında  maraqlı olduğunu bildirmişdir. Paulo Botta bu ali təhsil müəssisəsində ispan dilinin tədrisini yüksək dəyərləndirmişdir.

Görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi məsələləri istiqamətində müzakirələr aparılmışdır.

Qeyd edək ki, görüşdə Argentinanın Azərbaycandakı səfirliyinin konsulu Qabriel Xorquera da iştirak etmişdir. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov