Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

"Qan verməklə başqasına həyat verirsən" adlı aksiya

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun prioritet elan etdiyi sahələrdən biri də gənclərin fiziki sağlamlıqlarının qorunmasıdır. Bu məqsədlə son zamanlar cəmiyyətimizdə yayılmaqda olan və ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənclərə yardım göstərilməsi ilə bağlı adıçəkilən fond tərəfindən sosial kampaniya başlanmışdır. Həmin sahədə gənclərin fəallığını təmin etmək və sosial bilgiləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkəmizin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutmuşdur.

İlk belə "Qan verməklə başqasına həyat verirsən" adlı  aksiya iyunun 20-də Hacıqabul rayonunda baş tutmuşdur. Aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və digər şəxslər iştirak etmişlər. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı aksiyaya  qoşularaq qan vermiş və bu cür layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.

Məlumat üçün onu da bildirək ki, qan verən bütün aksiya iştirakçılarına fond tərəfindən hazırlanmış fəxri donor kartları paylanmışdır. Həmin donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaqdır.

Aksiya Bərdə şəhərində də uğurla həyata keçirilmişdir. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov