Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Türkiyənin Ondoqquz Mayıs Universitetinin musiqi qrupu Bakıda konsert vermişdir

 

İyunun 26-da Bakıda "Musiqi festivalı" keçirilmişdir. Festival Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qafqaz Universiteti, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi və Ondoqquz Mayıs Universitetinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

"Yaşıl teatr"da keçirilən və Milli Məclis deputatlarının, universitet rektorlarının, Azərbaycanın və Türkiyənin sənətsevərlərinin iştirak etdikləri tədbirdə Ondoqquz Mayıs Universitetinin 41 nəfərdən ibarət türk sənət musiqi qrupu Türkiyənin görkəmli bəstəkarlarının seçilmiş əsərlərindən və xalq mahnılarından (türkülərdən) ibarət konsert proqramı ilə çıxış etmişdir. İki hissədən ibarət konsertdə 23 xalq mahnısı səsləndirilmişdir.

Xatırladaq ki, Türkiyənin Samsun şəhərində yerləşən Ondoqquz Mayıs Universiteti 1975-ci ildə qurulmuş dövlət ali təhsil müəssisəsidir. Universitetlə Qafqaz Universiteti arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Festival çərçivəsində Ondoqquz Mayıs Universitetinin türk sənət musiqi qrupunun üzvləri və digər qonaqlar Bakının görməli yerlərini gəzmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Musiqi Akademiyasında olmuş, Qubaya səfər edərək buradakı soyqırımı məzarlığını ziyarət etmişlər.  

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov