Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Sosial layihənin təqdimatı keçirilmişdir

 

Azərbaycan  Respublikası  Gənclər  və İdman Nazirliyinin "Real Madrid" Fondu ("Findacion Real Madrid") ilə birgə həyata keçirdiyi "Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası" adlı  sosial layihəsinin təqdimatı keçirilmişdir.

Layihənin əsas məqsədi "Real Madrid" Fondunun sosial idman modeli əsasında Bakıda  ilk sosial futbol məktəbinin yaradılmasıdır. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov layihənin əhəmiyyətini yüksək qiymətləndirmiş və  "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" çərçivəsində  həyata keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, futbolun uşaqlar və gənclər arasında kütləviləşməsi və onların sağlamlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası istiqamətində atılmış mühüm addımdır.

Təhsil  Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri  Ağababa  İbrahimov təhsil müəssisələrində  futbol dərslərinin tədris olunduğunu, respublikanın bir çox  bölgəsində futbol məktəblərinin fəaliyyət göstərdiyini diqqətə çatdırmış və eyni zamanda  "Real Madrid" Fondu ilə birgə həyata keçirilən layihənin əhəmiyyətini dəyərləndirmiş, bu əməkdaşlığın ölkə futbolunun inkişafına təkan verəcəyini bildirmişdir.

Sonra "Real Madrid" Fondunun məşqçilik üzrə mütəxəssisi Viktor De Arce fondun beynəlxalq layihələri, dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən 200-dən artıq sosial idman məktəbi barədə söz açmış və uşaqların futbola böyük maraq göstərdiklərinin şahidi olduğunu vurğulamışdır.

Sonda layihə ilə bağlı  çıxışlar dinlənilmiş, "Vətən" sosial futbol məktəbində  təşkil edilmiş təlim-məşq prosesində iştirak etmiş məşqçilərə "Real-Madrid" Fondu tərəfindən diplomlar təqdim olunmuşdur. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov