Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Məktəblilərin Respublika şahmat turniri başa çatmışdır

 

14-23 iyun tarixlərində Astara rayonunda Milli Qurtuluş Gününə həsr edilmiş məktəblilərin Respublika şahmat turniri keçirilmişdir. Turnirdə respublikanın şəhər və rayonlarından 110 məktəbli iştirak etmişdir.

Əsasnaməyə uyğun olaraq şagirdlər 8, 10, 12, 14, 16 yaş qruplarında mübarizəyə qoşulmuşlar.

Bu yarışda Lənkəran şəhər şahmat məktəbinin 14 şahmatçısı öz qüvvəsini sınamışdır.

Gərgin keçən mübarizədə Lənkəran şahmatçılarından Şərif Məcidzadə 10 yaşadək şahmatçılar arasında I yeri, 12 yaşadək oğlanlar arasında Səyyad Əhədli III yeri, 14 yaşadək oğlanlar arasında Vüsal Həsənzadə I yeri, Orxan Kərimov II yeri, qızlar arasında Nuranə Abbasova I yeri, Nəzrin Mirzəzadə II yeri və 16 yaşadək oğlanlar arasında Abdulla Qənbərov II yeri tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin diplom və qiymətli hədiyyələrini qazanmışlar.

Qeyd edək ki, Lənkəran şahmatçıları Vüsal Həsənzadə və Nəzrin Mirzəzadə 2-11 iyun tarixlərdə Rusiya Federasiyasının Krasnodar vilayətinin Anapa şəhərində keçirilən şahmat festivalında da II yeri tutaraq kubok, medal və diplomlara layiq görülmüşdür. 

Şəmsəddin NOVRUZOV,
Lənkəran Şəhər Şahmat Məktəbinin dərs hissə müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov