Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

İsveçrəli tələbələr ölkəmizə təcrübə səfəri edəcəklər

 

İsveçrənin Lozanna Federal Politexnik İnstitutu (EPFL) ilə yaranmış uğurlu əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə 8-14 iyul 2013-cü il tarixlərində adıçəkilən ali təhsil müəssisəsinin mühəndislik fakültəsinin bir qrup tələbəsi respublikamıza təcrübə səfəri edəcəklər. Səfərin əsas məqsədi son illərdə ölkəmizdə geniş vüsət almış irimiqyaslı tikinti layihələri ilə tanış olmaqdır. Belə ki, Lozanna Federal Politexnik İnstitutunun mühəndislik fakültəsinin təqribən 30-a yaxın tələbəsindən və müəllim heyətindən ibarət olacaq qrupun respublikamıza səfəri zamanı paytaxt Bakıda inşası yekunlaşmış, hazırda inşası davam edən, eləcə də gələcəkdə həyata keçirilməsi  diqqətdə saxlanılan iri tikinti layihələri ilə yerində tanışlığı, tikinti işlərinə bilavasitə gündəlik əsasda  cavabdeh olan mühəndis və memarlarla görüşlərinin təşkil olunması  nəzərdə tutulmuşdur. İsveçrəli tələbələr  Bakı Olimpiya Stadionu, Xəzər Adası, Bakı Ağ Şəhər  "Flame Towers", "SOFAZ Tower", "SOCAR Tower", "Crescent Tower" layihələri ilə də tanış olmaq niyyətindədirlər.

Onu da qeyd edək ki, təcrübə kursunun keçiriləcəyi ölkənin seçilməsində Azərbaycanla yanaşı, ABŞ, Sinqapur və Türkiyənin namizədlikləri irəli sürülsə də respublikamızda həyata keçirilən irimiqyaslı tikinti layihələri daha cəlbedici və maraqlı olduğundan EPFL-in tələbələri səs çoxluğu ilə ölkəmizi seçmişlər. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov