Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Beynəlxalq Mendeleyev Olimpiadasının gümüş medalçısı

 

Bu yaxınlarda  Özbəkistanın Daşkənd şəhərində kimya fənni üzrə 47-ci Beynəlxalq Mendeleyev Olimpiadası  keçirilmişdir. Olimpiadada  müxtəlif  ölkələrdən - Azərbaycan, Belarus, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Makedoniya, Moldova, Rusiya,  Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna, Estoniya və  Səudiyyə Ərəbistanından  olan şagirdlər iştirak etmişlər. 118 nəfər iştirakçıdan  71 nəfərin layiq görüldüyü müxtəlif medalların üçünü Azərbaycan məktəbliləri qazanmışlar.

Açılış mərasimi aprelin 24-də  MDU-nun Daşkənd filialının akt zalında keçirilmiş olimpiadanın  beynəlxalq münsiflər heyətinin sədri  MDU-nun kimya fakültəsinin professoru Valentin Georgiyeviç Nenaydenko olmuşdur.

Müsabiqənin nəticələrinə görə Balaqardaş Bəşirov gümüş, Sona Quluzadə və Murad Rəhimov  bürünc medallara layiq görülmüş, Cavid Əhmədov, Vəfa Tağıyeva isə IV və V dərəcəli diplomlarla mükafatlandırılmışlar. Kimyaçılarımız qazandıqları medallarla hər hansı bir ali məktəbə imtahansız qəbul olmaq hüququ qazanmışlar.

Vətənə qələbə ilə qayıdan Balaqardaş Bəşirov indi də iyulun 14-15 tarixlərində 78 ölkənin məktəbliləri arasında Moskvada keçiriləcək ümumdünya olimpiadasına hazırlaşır. O, arzularını oxucularımızla bu sözlərlə paylaşdı:

- Açığı, növbəti olimpiadalarda qızıl medala sahib olmaq ən böyük məqsədimdir. Azərbaycan təhsilini dünyanın  sivil ölkələrinin  təhsili ilə eyni səviyyədə görməyi arzulayıram. İstərdim ki, Azərbaycan gəncləri hər dəqiqədən səmərəli istifadə etsinlər.

Orta təhsilimi artıq başa  vurmuşam. Özümü seçdiyim  ali məktəbin astanasında hiss edirəm.

Gələcəklə bağlı planlarım ali təhsil alıb kimya mühəndisi olmaq, Azərbaycanın mənafeyinə xidmət etməkdir.   

Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov