Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Bakı Dövlət Universitetinin 600 məzunu fərqlənmə diplomuna layiq görülmüşdür

 

Böyütmək üçün şəkili seçinİyunun 28-də Bakı Dövlət Universitetində (BDU) 2012-2013-cü tədris ilinin məzunları ilə təntənəli görüş olmuşdur.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

AzərTAc xəbər verir ki, tanınmış alimlərin, ictimai xadimlərin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin elmə, təhsilə daim xüsusi əhəmiyyət verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

Dahi rəhbər, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu sonsuz qürur hissi ilə xatırladan rektor, gəncləri təhsil müəssisəsinin şərəfini daim yüksək tutmağa, doğma Vətənə və xalqa, dövlətimizə ləyaqətlə xidmət etməyə çağırmışdır.

Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin çox sürətlə inkişaf etdiyini vurğulayan akademik A.Məhərrəmov, eyni zamanda, BDU-nun uğurlarından bəhs etmiş, məzunlara yeni nailiyyətlər arzulamışdır.

2012-2013-cü tədris ilində BDU-nu 4 minədək gənc bitirir. Onların altı yüzü fərqlənmə diplomuna layiq görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Milli Məclisin deputatları Mübariz Qurbanlı, Vahid Əhmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və təhsil nazirinin müşaviri İlham Pirməmmədova BDU-nun "Universitetin dostu" mükafatları təqdim olunmuşdur.

Qonaqlar təhsildə fərqlənən məzunlara diplomlar təqdim etmişlər.

Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov