Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Dövlət İdarəçilik Akademiyasında məzun günü keçirilmişdir

 

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında məzun günü keçirilmişdir. Bu münasibətlə təşkil olunan tədbiri akademiyanın rektoru, akademik Urxan Ələkbərov giriş sözü ilə açaraq məzun adını qazananları, onların valideynlərini təbrik etmişdir.

Rektor müstəqil dövlətimizin qurucusu, ulu öndər Heydər Əliyevin təhsilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, ümummilli liderin siyasi kursunun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin inkişafına, gənclərə diqqət və qayğı göstərilir. Rektor Urxan Ələkbərov dövlət başçısı cənab İlham Əliyevin təhsillə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırmışdır.

Müasir dövrdə dövlətin gücü və qüdrətinin təkcə onun təbii sərvətləri ilə deyil, həm də elmi-intellektual, insan potensialı ilə müəyyən edildiyini söyləyən natiq məqsədimizin və gözləntimizin Dövlət İdarəçilik Akademiyasının hazırladığı kadrların indiki dövrün tələblərinə cavab verməyi bacarmaları, yeni kreativ nəslin formalaşmasında iştirak etmələri olduğunu bildirmişdir. Rəhbərlik etdiyi ali təhsil ocağının qazandığı uğurlardan bəhs edən Urxan Ələkbərov DİA-nın gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, idarəçi kadrların hazırlanmasında öz nüfuzu və istiqaməti olan müəssisələrdən biri olduğunu vurğulamışdır.

Sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə, Dövlət İdarəçilik Akademiyasını müxtəlif ixtisaslar, təhsil pillələri üzrə bitirən məzunlardan Nərmin Miri, Pünhan Hüseynov, Yenilə Abdullayeva, müdavimlərdən Amil Əlili, valideynlər adından respublikanın əməkdar artisti  Azad Şükürov və digərləri çıxış edərək öz təbriklərini, xoş  arzularını çatdırmışlar.

Tədbir bədii hissə ilə davam etmişdir. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov