Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Məzun gününü Şuşada qeyd edəcəyik

 

Sevinc və qayğı ilə dolu tələbəlik illəri, müəllimlər və həmyaşıdlarla ünsiyyət, hadisələrlə zəngin universitet günləri məzunlar üçün artıq bir xatirə olaraq yaddaşlarda yaşayacaqdır. Bakı Slavyan Universitetində keçirilmiş məzun günündə  bu fikir  vurğulanmışdır.

Tədbiri giriş sözü ilə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev açaraq  tələbələrə xoş sözlərlə müraciət etmişdir, onların gələcəkdə ölkəmizin layiqli vətəndaşı olacaqlarına inamını dilə gətirmişdir: "Mən artıq sizə tam mənəvi məsuliyyətlə  həmkarlar deyə müraciət edə bilərəm. Bu haqqı siz dörd il ərzində vicdanla qazandınız". Rektor hər bir məzunu ali məktəbi bitirməsi münasibətilə ürəkdən təbrik etmiş və məzunlara universitetlə əlaqəni kəsməməyi tövsiyə etmişdir: "Buranın sizə doğma bir məkan olduğunu heç zaman unutmayın! Azərbaycanın gələcəyi naminə bizim hamımızla birgə, siz də əlinizdən gələni əsirgəməyəcəksiz. Prezidentimizlə, ölkəmizlə, himnimizlə, bayrağımızla bərabər o gün olacaq ki, biz məzun gününü Şuşada qeyd edəcəyik". 

Sonra BSU-nun fakültə dekanları çıxış edərək məzunları təbrik etmişlər.

Tədbir konsert proqramı ilə yekunlaşmışdır. 

Ş.DAYANDUROĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov