Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Gənclər ADU-nun məzunu olması ilə fəxr edirlər

 

İyulun 3-də Azərbaycan Dillər Universitetində (ADU) 2012-20123-cü tədris ilində universiteti bitirən bakalavr və magistr tələbələrin məzun günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi  ilə başlamışdır. 

ADU-nun rektoru, professor Səməd Seyidov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulamışdır. O, ADU-nun Azərbaycan üçün savadlı mütəxəssislər yetişdirdiyini qeyd etmişdir. Rektor bu gün universitetin bakalavr pilləsini bitirən tələbələrin bir çoxunun yenidən ADU-da magistratura pilləsində təhsil alacaqlarını bildirmişdir. Rektor Səməd Seyidov məzunlara ADU-nun adını daim uca tutmalarını və universitetlə əlaqələrini kəsməmələrini tövsiyə etmişdir.

ADU-nun məzunu, pedaqoji fakültənin dekan müavini Fatimə Qurbanzadə rektor Səməd Seyidova və professor-müəllim heyətinə öz minnətdarlığını bildirmişdir. O, məhz Azərbaycan Dillər Universitetinin məzunu olduğu üçün fəxr etdiyini demişdir.

Valideynlər adından çıxış edən filologiya və jurnalistika fakültəsinin magistratura pilləsinin məzunu Nigar Rəsulovanın anası Gültəkin Rəsulova, öz növbəsində, məzunları təbrik etmişdir. O, qızının həm bakalavr, həm də magistratura pilləsini əla qiymətlərlə başa vurduğunu və ADU-nun məzunu olması ilə fəxr etdiyini demişdir.

Çıxışlardan sonra universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar  təqdim edilmişdir.  Tədbir konsert proqramı ilə davam etmişdir.

Qeyd edək ki, 2012-2013-cü tədris ilində ADU-nu fakültələr üzrə əyani şöbəsini 916, axşam şöbəsini 50, həmçinin magistratura pilləsini 126 tələbə bitirir.  

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov