Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Sumqayıt Dövlət Universitetinin 50-ci buraxılışı

 

Böyütmək üçün şəkili seçinSumqayıt Dövlət Universitetində 2012-2013-cü tədris ilinin məzun günü keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesində yerləşən büstü önünə gül dəstələri qoymuşlar. Tədbir Dövlət himninin səslənməsi ilə başlanmışdır.

Universitetin rektoru, professor Nadir Qəhrəmanov məzunları təbrik edərək onlara uğurlar arzulamışdır. Rektor qeyd etmişdir ki, builki məzunlar universitetin 50 illik yubiley ilinin buraxılışlarıdır: "Bu il universitetimiz üçün xüsusilə önəmli ildir. 50 illik yubiley ilidir. Məhz bu il dövlətimizin başçısının sərəncamı ilə universitetimizin 20 əməkdaşı fəxri adlarla təltif olunmuşdur. Bu, Prezident İlham Əliyevin ölkə təhsilinə və Sumqayıt Dövlət Universitetinə həssas münasibətinin göstəricisidir".

N.Qəhrəmanov bildirmişdir ki, son illər ərzində universitetin tələbələri müxtəlif müsabiqələr və yarışlarda çoxsaylı uğurlar qazanmışlar.

Rektor qeyd etmişdir ki, bu il universiteti 25 bakalavr, 17 magistr fərqlənmə diplomu ilə bitirir. N.Qəhrəmanov onlardan bir neçəsinin universitetdə işlə təmin olunduğunu və olunacağını qeyd etmişdir.

Daha sonra çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev və universitetin fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqov da məzunları təbrik edərək, xoş arzularını çatdırmışlar. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov