Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Təlim kursunda dövlət strukturlarında çalışan mütəxəssislər və tələbələr iştirak edəcəklər

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi "Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim kursu keçirilmişdir.

"Reform - Centre" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən "Dövlət və özəl sektor arasında tərəfdaşlıq" mövzusunda keçiriləcək təlim kursunun açılış mərasimində giriş sözü ilə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək müxtəlif mövzulara həsr olunmuş 11 təlim kursunun uğurla reallaşdırılmasından bəhs etmişdir. Qeyd olunmuşdur ki, regionun bütün dövlət strukturlarının və nazirliklərin əməkdaşlarını, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrini əhatə edən bu təlim kursları kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edir.

Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxışında təlim kurslarının təşkilini muxtar respublika rəhbərliyinin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının artırılmasına, mütəxəssis hazırlığına  növbəti qayğısı kimi qiymətləndirmişdir.  Rektor beynəlxalq ekspertlərin təcrübələrinin öyrənilməsi və tətbiqinin zəruriliyindən danışmışdır.

Təlim kursunun koordinatoru, "Reform - Centre" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının əməkdaşı Asif Nəsibov bildirmişdir ki, təlim kursunun məqsədi iştirakçıları dövlət və özəl sektor arasında tərəfdaşlığa dair konsepsiyalar, qaydalar və strategiyalar haqqında əsas məlumatlarla, müvafiq təlimatlarla tanış etməkdir.

Ekspert təlimçi, Varşava İqtisadiyyat İnstitutunun məzunu, Polşa və digər Avropa ölkələrində icra olunmuş 20-dək dövlət və özəl sektor arasında tərəfdaşlıq layihəsinin hazırlanmasında iştirak etmiş Bartosz Mysiorski bu sahədə olan dünya təcrübəsi, təlim kursunda bəhs olunacaq mövzular barədə məlumat vermişdir.

6 günlük təlim kursunda müxtəlif dövlət strukturlarında çalışan mütəxəssislər, eləcə də universitetin sosial idarəetmə və hüquq, iqtisadiyyat fakültələrinin tələbələri də iştirak edəcək.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov