Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

"Narkotik bəlasından gəncləri qoruyaq" mövzusunda təlim

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) bu günlərdə Gəncliyə Yardım Fondunda "Biz narkotik bəlasını tanıyırıq və gənclərə tanıdırıq" layihəsi çərçivəsində "Narkotik bəlasından gəncləri qoruyaq" mövzusunda təlim keçirmişdir.

Bu münasibətlə keçirilən tədbirdə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edərək  layihənin məqsədindən söz açmış, narkotik vasitələrə aludəçiliyin səbəb olduğu bəlalardan danışmışdır. Son vaxtlar narkotikaya aludəçiliyin daha erkən - 17-20 yaş arasındakı gənclərdə müşahidə olunduğunu söyləyən Ç.Bayramov orta məktəblərdə şagirdlərə narkomaniyanın fəsadları barədə mütəmadi olaraq məlumat verilməsinin vacibliyini vurğulamışdır.

Digər çıxış edənlər də narkomaniyanın bu gün bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biri olduğunu bildirmişlər. Ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışan natiqlər belə təlimlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini və vacibliyini diqqətə çatdırmışlar.

Sonda təlim iştirakçılarına diplomlar təqdim olunmuşdur. 

Samirə KƏRİMOVA 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov