Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Azərbaycanlı gənclər "Tələbə baharı Qafqazda" Beynəlxalq festivalında uğur qazanmışlar

 

İnquşetiya Respublikasının Nazran şəhərində Rusiya Gənclər Birliyinin, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə "Tələbə baharı Qafqazda" Beynəlxalq festivalı keçirilmişdir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından bildirmişlər ki,  festivalın ilk günündə iştirakçı ölkələrin təqdimatı keçirilmişdir. Təqdimatda Azərbaycan mətbəxinin ən gözəl nümunələri, şirniyyat və eləcə də müxtəlif əl işləri, milli xalçamız və suvenirlərimiz nümayiş olunmuşdur. Milli rəqs və musiqilərimizin təqdimatından sonra digər iştirakçı ölkələrə Azərbaycan komandasının adından hədiyyələr təqdim edilmişdir. Rusiya Federasiyasının və İnquşetiyanın dövlət və hökumət nümayəndələrinin də iştirak etdikləri konsert 15 ölkədə canlı yayımlanmışdır. Festivalda gənclərimizin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Sonda təşkilatçılar  tərəfindən Azərbaycan komandasına "Tələbə baharı Qafqazda" festivalının laureat diplomları və hədiyyələri təqdim olunmuşdur. Konsertdən sonra İnquşetiya Respublikasının prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edərək tələbələrimizin uğurlu çıxışlarını xüsusi vurğulamışdır. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov