Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Azərbaycanlı gənc ifaçı beynəlxalq musiqi festivalında uğurla çıxış etmişdir

 

Litvanın Neringa şəhərində incəsənət sahələri üzrə keçirilən "Baltic voice" beynəlxalq musiqi festivalında gənc azərbaycanlı musiqiçi Səid İsmayılzadə solo ifasına görə ikinci yerə layiq görülmüşdür.

Litva, Latviya, Estoniya, Azərbaycan və Belarusun məşhur universitetlərindən tanınmış professorların, mədəniyyət xadimlərinin daxil olduqları münsiflər heyəti festivalda həmyerlimizin çıxışını yüksək qiymətləndirmişdir. Səid İsmayılzadənin ifası festival iştirakçılarının, litvalı və digər əcnəbi musiqisevərlərin də böyük marağına səbəb olmuşdur.

10-dan çox ölkə musiqiçisinin qatıldığı bu mötəbər yarışmada uğur qazanmış azərbaycanlı gənc Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.  

S.HÜSEYNQIZI

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov