Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Naxçıvan Özəl Universitetində yubiley tədbiri

 

Naxçıvan Özəl Universitetinin baş müəllimi Sadıq Rəhimovun anadan olmasının 70 illik yubileyi ilə əlaqədar ali məktəbin akt zalında yığıncaq keçirilmişdir. Yığıncaqda rektor, professor İsmayıl Əliyev çıxış edərək yubilyarın həyat yolu, elmi-pedaqoji fəaliyyəti barədə danışmışdır.

Qeyd olunmuşdur ki, Sadıq Rəsul oğlu Rəhimov 1991-1995-ci illərdə Naxçıvan Dövlət Universitetində iqtisadi fənlər üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

S.Rəhimov əvvəlcə Naxçıvan Muxtar Respublikası Ticarət Nazirliyində, sonradan isə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, şöbə müdiri, Elmi-Tədqiqat Tədris Mərkəzinin direktoru vəzifələrində çalışmışdır.

2007-ci ildən bu günədək Naxçıvan Özəl Universitetində fəaliyyət göstərir.

Yubiley tədbirində universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli və başqaları yubilyarı təbrik etmişdir.

Yubilyara hədiyyə təqdim edildikdən sonra S.Rəhimovun həyatını əks etdirən slayd nümayiş etdirilmişdir. Yubilyar çıxış edərək  iştirakçılara və deyilən xoş sözlərə görə təşəkkürünü bildirmişdir. 

Nuray ƏSGƏROVA,
NÖU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov