Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Ümumtəhsil məktəblərinin 2013-2014-cü dərs ilinə aid tədris planlarının təsdiqi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 
Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2013-2014-cü dərs ilinə aid aşağıdakı tədris planları təsdiq edilsin:
1. Ümumtəhsil məktəblərinin I-VI sinifləri üçün tədris planları (1, 2, 3 nömrəli əlavələr).
2. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-VI sinifləri üçün tədris planları (4, 5 nömrəli əlavələr).
3. Ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün tədris planları (6, 7, 8 nömrəli əlavələr).
4. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr).
5. Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları (11, 12 nömrəli əlavələr).
6. Tədris planlarına dair “Qeydlər” (13 nömrəli əlavə).
7. Aparatın rəhbəri C.Bayramov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (R.Orucov), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində və «Təhsil xəbərləri» məcmuəsində dərc olunmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət Aparatın rəhbəri C.Bayramova həvalə olunsun.                                                                              
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
15 iyul 2013-cü il


Əlavələr:
 

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov