Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Bölgələrdə yeni məktəb binaları inşa olunur

 

Kürdəmir rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Rayon təhsil şöbəsinin müdiri Tacəddin Novruzovdan aldığımız məlumata görə, hazırda 4 kənddə yeni tədris ocağının inşasında son tamamlama işləri aparılır. Belə ki, 640 şagird yerlik Sığırlı, 360 şagird yerlik Z.Əhmədov adına Şilyan, 280 yerlik Cəyli və 220 yerlik Köhünlü kənd tam orta məktəbləri üçün yeni binaların inşası artıq başa çatdırılmaq üzrədir. Təzə binaların qarşıdakı dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Kənd məktəbləri üçün yeni tədris ocaqları dövlət vəsaiti hesabına tikilir. Onların hər birində tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq. Binaların dördü də istilik sistemləri ilə təchiz ediləcəkdir.

***

Şəmkir Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, hər il rayonda  4-5 yeni məktəb binası inşa olunaraq istifadəyə verilir.  Hazırda da rayonun dörd kəndində  yeni məktəb binaları tikilir. Bunlar Sabirkənd kəndindəki 960,  Zəyəm qəsəbəsindəki 480, Seyfəli və Qasım İsmayılov  kəndlərindəki hər biri 360 şagird yerlik yeni məktəb binalarıdır. Onların dördünün də yeni dərs ilində istifadəyə verilməsi  nəzərdə tutulmuşdur. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov