Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Uşaq və gənclərimiz beynəlxalq yay düşərgəsində olmuşlar

 

 Gənclər üçün Təhsil Mərkəzi Gürcüstanın "Bilikli" qeyri-hökumət təşkilatı ilə birlikdə uşaq və gənclərin beynəlxalq yay düşərgəsini təşkil etmişdir. Gürcüstanın Ureki şəhərində təşkil olunan düşərgədə ölkəmizi 20-yə yaxın uşaq və gənc təmsil edib. Əsas məqsədi uşaq və gənclər arasında əməkdaşlıq əlaqələrinin qurulmasına, sosial təşəbbüslərin formalaşmasına və həyata keçirilməsinə kömək etmək olan düşərgədə ekspertlər tərəfindən müxtəlif təqdimatlar edilmiş, praktiki məşğələlər və sosial tədbirlər təşkil olunmuşdur. Bundan başqa, uşaq və gənclərimiz Gürcüstanın Batumi, Kabuletti və bir neçə digər şəhərinə də səfər etmişlər.

10 gün davam etmiş düşərgədə həmçinin  Gənclər üçün Təhsil Mərkəzinin təqdimatı olmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, düşərgənin son günündə Azərbaycan gecəsi təşkil olunmuşdur. 

S.KƏPİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov