Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Nyu-Yorkda maliyyə fənlərini tədris edən müəllimlər üçün təlim keçirilmişdir

 

İyulun 8-dən - 13-dək  ABŞ-ın Nyu-York ştatında "Nyu-York Birjası - 2013-cü il. Müəllimlərin Təlim Proqramı" adlı təlim keçirilmişdir.  Təlim Nyu-Yorkun möhtəşəm maliyyə prospekti sayılan Wall Street-dəki birjanın tarixi binasında baş tutmuşdur.  Təlim proqramında ABŞ-ın müxtəlif kollec, universitet və məktəblərində maliyyə dərslərini deyən  müəllimlərlə yanaşı Azərbaycandan Qafqaz Universitetinin Maliyyə kafedrasının əməkdaşı Füzuli Əliyev də iştirak etmişdir.

Təlimin məqsədi maliyyə fənlərini tədris edən müəllimləri maliyyə bazarları ilə yaxından tanış etmək və onların birjada baş verən prosesləri daha yaxından izləmələrinə imkan yaratmaqdır. Təlimlər Nyu-York birjasının müvafiq strukturlarının müdirləri və ya müdir müavinləri tərəfindən mühazirələr, təqdimatlar formasında keçirilmişdir. Təlimin birinci günü iştirakçı müəllimlərə Nyu-York Birjasının tarixi, avtomatlaşdırılmış alqı-satqı platformaları, qanunvericilik bazası haqqında təlimlər, növbəti günlərdə maliyyə bazarları mütəxəssisləri-brokerlər, market-meykerlərlə görüşlər keçirilmiş, opsion, fyuçers və digər törəmə maliyyə alətləri, maliyyə bazarlarında karyera imkanları və s. mövzularda təqdimat-mühazirələr verilmişdir. Proqram çərçivəsində iştirakçılar 2 dəfə Nyu-York Birjasının əməliyyat mərtəbəsinə (trade floor) enmiş, investisiya institutlarının nümayəndələri, market-meykerlər və brokerlərlə söhbət etmiş, real rejimdə alqı-satqı əməliyyatlarını müşahidə etmişlər.

Növbəti günlərdə  onlar Amerika Maliyyə Muzeyini gəzmiş, Nyu-York Birjasının icraçı direktoru Duncan Niederauer ilə görüşmüşlər. Təlim zamanı maliyyə bazarları mütəxəssisləri tərəfindən müəllimlərə müvafiq tövsiyələr, əyani vasitələr, faydalı elektron resurslar verilmişdir. Təlim proqramının sonunda iştirakçılara diplomlar təqdim edilmişdir.  

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov