Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Astarada "Gəzən kitabxana" adlı  layihənin icrası başa çatmışdır

 

Astarada Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən "Gəzən kitabxana" adlı layihə həyata keçirilmişdir. Mayın 13-dən başlanan bu aksiya indiyədək Tovuz, Qazax, Quba rayonlarında da baş tutmuşdur. Layihənin əsas məqsədi əhalinin asudə vaxtını səmərəli təşkil etmək, onların kitaba və elektron qiraətə marağını artırmaqdır.

"Gəzən kitabxana" layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min kitab və 10 min elektron kitab vardır. Bunlar bədii ədəbiyyat, tarix, elm və texnika, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda müxtəlif yazıçı və şairlərin əsərləridir.

Təhsil bölməsində isə uşaqlar, şagirdlər, ali və orta ixtisas məktəblərinin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar vardır.

Məlumat üçün bildirək ki, bir həftə ərzində Astara rayonunda 315 oxucu "Gəzən kitabxana"nın xidmətindən yararlanmışdır.

Adıçəkilən layihənin həyata keçirildiyi növbəti  rayon Lənkəran olmuşdur. 

 Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov