Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

Müəllimlərin işə qəbuluna dair test imtahanlarına başlanılmışdır

 

 İyulun 25-dən avqustun 7-dək 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbuluna dair test imtahanları keçiriləcək.

Test imtahanlarının keçirilmə vaxtı barədə məlumat və iştirakçılar üçün "Yaddaş" hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə göndərilmişdir.

İyulun 25-də Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə imtahan keçirilmişdir. Bu fənn üzrə 296 vakant yerə  2589 namizəd iştirak edir.

Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 ünvanında yerləşən  əsas korpusunda keçirilir.

Test imtahanına 1 saat vaxt verilir. Bu müddət ərzində namizəd ixtisas üzrə ümumi təhsil proqramını əhatə edən 25, məntiqdən, fənnin tədrisi metodikası və təlim strategiyalarının hər birindən 5 olmaqla, 35 sualı cavablandırmalıdır. İmtahan başa çatdıqdan sonra monitorda düzgün cavabların sayı qeyd olunur.

İmtahanın  gedişi videolentə alınır. Qaydaları pozan (mobil telefondan, əlavə vəsaitlərdən, başqasının monitorundan istifadə edən, imtahanın gedişinə mane olan) şəxslər imtahandan xaric olunacaq və nəticəsi ləğv ediləcək.

Test imtahanlarından uğurlu nəticə əldə edənlər üçün 12-16 avqust 2013-cü il tarixlərində müsahibə təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi İnternet saytında "Müəllimlərin işə qəbulu" səhifəsində yerləşdirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov