Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

Görmə qabiliyyəti məhdud olan 72 şagirdə kompüterlər hədiyyə edilmişdir

 

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində görmə qabiliyyəti məhdud olan 72 şagirdə mini kompüterlər hədiyyə edilmişdir.

Görmə qabiliyyəti məhdud insanların həyatını asanlaşdırmaq, onların cəmiyyətə inteqrasiyasına yardım etmək məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın "Neyro Tex" şirkəti tərəfindən dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompüterlər hazırlanmışdır. "Dilmanc D01" proqramına köklənmiş mini kompüterin monitoru və klaviaturası yoxdur. O, kompüterə daxil olan informasiyanı nitqə çevirir. Həmçinin nitqin tanınması proqramı ilə təchiz olunmuş bu "ağıllı maşın" sahibinin şifahi tapşırıqlarını başa düşərək yerinə yetirir. Mini kompüter eyni zamanda onlayn rejimdə son yeniliklər barədə məlumat vermək, elektron mətnləri səsləndirmək, habelə telefon zənglərini cavablandırmaq kimi imkanlara malikdir. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov