Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri istehsalat təcrübəsi keçirlər

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin  tələbələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  "Neftqaztikinti" Trestinin 1, 2, 3 və 6 nömrəli tikinti-quraşdırma idarələrinin istehsalat sahələrində təcrübə keçirlər. Bununla bağlı universitetin İstehsalat təcrübəsi şöbəsinin müdiri Nadir Kərimovla görüşüb söhbət etdik. N.Kərimov bildirdi ki,  rektorun 21.06.2013-cü il tarixli əmrinə əsasən iyulun 8-dən avqustun 2-dək davam edəcək təcrübədə universitetin tikinti-iqtisad və mexanikləşdirmə və avtomatlaşdırma fakültələrinin 130-dan çox lll kurs tələbəsi iştirak edir.  Hər bir tələbəyə trestin peşəkar mütəxəssislərindən təcrübə rəhbəri təyin olunmuş və onlara istehsalat sahələrində zəruri olan hər cür şərait yaradılmışdır. Eyni zamanda, tələbələrə istehsalat təcrübəsi müddətində "Neftqaztikinti" Trestinin fəaliyyəti, istehsalat prosesində tətbiq etdiyi ən son müasir texnika və texnologiyalar, həyata keçirilən  ölkəmiqyaslı və beynəlxalq neft-qaz tikinti layihələri barədə ətraflı məlumat verilir. Trestin rəhbər və mühəndis-texniki işçiləri təcrübə müddətində tələbələrlə görüşərək  bilik və bacarıqlarını onlarla bölüşür, tövsiyə və məsləhətlərini verirlər.

Verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq memorandumu çərçivəsində "Neftqaztikinti" Tresti ilə bu ali təhsil ocağı  arasında əməkdaşlığa dair protokol imzalanmışdır. Protokol yeni texnika və texnologiyaların tətbiqi ilə əlaqədar universitetin  tələbələrinin daim maarifləndirilməsini, qazanılmış təcrübədən tələbə-müəllim heyətinin yararlanmasını, bu ali təhsil ocağının elmi-texniki nailiyyətlərinin istehsalatda tətbiqini, eyni zamanda, tələbələrdə təcrübi biliklərə marağın artırılmasını nəzərdə tutur.

Şöbə müdiri qeyd etdi ki, təcrübə müddətində fərqlənən 30 nəfərə yaxın  tələbə  bu idarədə dərs ili başlananadək  işlə təmin olunur. Onlar əməkhaqqı almaqla yanaşı, həm də öz nəzəri biliklərini təcrübədə möhkəmləndirirlər. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov